Edvard Nalbandyan həmsədrlərlə görüşdü

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb. Bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüşdə noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin dekabrın 4-də Kiyevdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin baş tutmuş görüşləri kontekstində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb
Görüşdə gələn ilin əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün təşkili imkanları müzakirə olunub.(trend)