Qarşıdurmanın dəqiq səbəbləri hələlik aydın deyil Qarşıdurmanın dəqiq səbəbləri hələlik aydın deyil

Həbsxanada qiyam başlayıb

Qarşıdurmanın dəqiq səbəbləri hələlik aydın deyil



Venesuela həbsxanalarından birində məhbuslar qiyam qaldırıb. İki ogru dəstənin toqquşması zamanı azı 20 nəfərin öldüyü deyilir. Ölkənin Pentensiar naziri hadisə ilə bağlı açıqlamasında bildirib ki, ölənlər arasında məhbuslardan birinin yaxın qohumu da var. Nazir əlavə edib ki, ağır vəziyyət səhər saatlarına kimi davam etsə də, hazırda həbsxana diqqətdə saxlanılır. Qiyamın daha dəqiq səbəbləri bəlli deyil.


AzNews.az-ın verdiyi məlumata görə, Venesuellada məhbuslarla dolu olan həbsxanalarda belə qiyamlar tez-tez baş verir. Məhbuslar rüşvət verməklə, həbsxanaya silah, narkotik maddələrə daxil edə bilir. Bu da öz növbəsində həbsxanada məlum qiyamlarla nəticələnir.


AzNews.az