- Köhnə - Dünya
- 15 Fevral 2014 20:10
- 3 980
BMT Suriyadan üzr istədi
Brahimi Suriya hökuməti və müxalifəti ilə çıxılmaz vəziyətdən çıxış yolu tapmaq üçün Cenevrədə ümidsiz cəhd göstərərək son müzakirələr keçirib. Onun sözlərinə görə, əsas maneə - hökumət keçid rəhbər orqanının yaradılmasının müzakirəsindən yenə də imtina edir. Brahimi deyib ki, danışıqların üçüncü raundunun tarixi təyin olunmayıb. Suriyada üç ilə yaxın davam edən münaqişə 100 mindən çox insanın həyatına son qoyub. Təxminən 9.5 milyon insan evlərindən qaçmağa məcbur olub. (Trend)