- Köhnə - Dünya
- 20 Fevral 2014 19:58
- 3 719
Kiyevdə iğtişaşlar zamanı ölənlərin sayı 64-ə çatıb
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
"Kiyev Administrasiyası Səhiyyə Departamentinin operativ məlumatına əsasən, kütləvi aksiyaların başladığı gün - fevralın 18-dən bu vaxtadək 64 nəfər həlak olub", deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Kiyev Administrasiyası Səhiyyə Departamentinin saytında isə bildirilir ki, saat 15.00-a (17.00) olan məlumata əsasən, məhkəmə-tibbi ekspertiza bürosuna 67 cəsəd gətirilib".
AzNews.az