“Krımın Rusiyaya birləşdirilməsi yolverilməzdir“

Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı ilə telefon danışığı zamanı Krım məsələsini müzakirə edib.

ANS PRESS-in məlumatına görə, Olland Krım böhranının həll olunması üçün hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Fransa prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Olland Putinə Krımın Rusiyaya birləşdirilməsinin yolverilməz olduğunu deyib. Həmçinin Krımda keçirilməsi planlaşdırılan 16 mart referendumunun heç bir hüquqi əsasının olmadığını Putinə xatırladıb.

Fransa prezidenti Rusiya ilə Ukrayna arasındakı münaqişənin təhlükəli həddədək genişlənməsinin qarşısını almaq üçün hələ vaxtın olduğunu bildirib.

AzNews.az