Qarabağ münaqişəsini ABŞ və Rusiya müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıb. Bu barədə məlumatı Rusiya XİN-i yayıb. Məlumata görə, ikitərəfli müzakirələr sentyabrın 8-də Vladivostokda öz işinə başlayan sammitdə keçirilib.

Bununla yanaşı Rusiya və ABŞ xarici siyasət idarəsinin rəhbərləri Antaraktidada əməkdaşlıq haqqında memorandum imzalayıblar.

E.Əlosmanqızı
AzNews.az