Banqladeşdə 200-ə yaxın sərnişinin olduğu bərə çevrilib

Bazar ertəsi içərisində 200-ə yaxın insanın olduğu bərə çevrilib. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" "Sinhua" agentliyinə istinadən xəbər yayıb.

Polisin məlumatına görə, insident Padma çayında, ölkənin paytaxtı Dəkkədən təxminən 40 kilometr cənub-şərqdə baş verib.
Hadisənin qurbanları barədə hələlik məlumat verilmir.

Xəbər yenilənir

AzNews.az