Qəzzada yenidən 72 saatlıq atəşkəs elan olundu

Misirin vasitəçiliyi ilə Qəzzada yenidən 72 saatlıq atəşkəs elan olunub. Ötən gün İsrail və Fələstinin HƏMAS yaraqlıları bu barədə razılaşıblar, atəşkəs gecə yarı qüvvəyə minib.


Misir ötən həftə də belə bir atəşkəsə vasitəçilik etmişdi, lakin 3 günlük fasilədən sonra Qəzzada döyüşlər bərpa olunmuşdu.

İsrail rəsmiləri bildiriblər ki, avqustun 11-də atəşkəs pozulmasa fələstinlilərlə danışıqlar üçün Qahirəyə nümayəndələrini göndərəcəklər.(müsavat)