Kirsan İlümjinov yenidən FİDE prezidenti seçildi

Kirsan İlümjinov yenidən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti seçilib.

APA-nın "Eurosport"-a istinadən verdiyi xəbərə görə, Norveçdə keçirilən səsvermədə onun yeganə rəqibi 13 qat dünya çempionu Harri Kasparov olub.

İlümjinovun lehinə 110 nəfər, Kasparovun - 61 nəfər səs verib.

Qeyd edək ki, Kalmıkiya Respublikasının sabiq başçısı İlümjinov 1995-ci ildən FİDE-yə rəhbərlik edir.

AzNews.az