63 yaşlı amerikalı komediya aktyoru Robin Williams Şimali Kaliforniyadakı evində ölü tapılıb. 63 yaşlı amerikalı komediya aktyoru Robin Williams Şimali Kaliforniyadakı evində ölü tapılıb.

Məşhur aktyor Robin Uilyams intihar etdi

63 yaşlı amerikalı komediya aktyoru Robin Williams Şimali Kaliforniyadakı evində ölü tapılıb.


Polisin məlumatına görə, aktyor intihar edib, amma səbəb hələlik bəlli deyil. Onun depressiyadan əziyyət çəkdiyi bildirilir.

Aktyorun həyat yoldaşı Susan Schneider onun ölümü ilə bağlı yazılı bəyanatında deyib ki, "bu səhər mən həyat yoldaşımı, ən yaxşı dostumu, dünya isə ən sevimli aktyor və yaxşı insanını itirdi".

Hazırda polis Robin Williams-in ölümü ilə bağlı araşdırma aparır.

Tanınmış Hollivud ulduzu 1951-ci ildə Çikaqoda doğulub.

Atası vaxtilə "Ford" korporasiyasının rəhbərliyinə daxil olub. Lakin oğlu onun yolunu seçməyərək aktyor kimi fəaliyyət göstərməyə üstünlük verib. O, "Missis Dautfayr", "Qudzon üzərində Moskva", "Cumanci" bədii filmləri və çoxsaylı cizgi filmlərinin səsləndirilməsi ilə məşhurdur.

R. Williams 1997-ci ildə "Ağıllı Uill Hantinq" filmindəki ikinci plandakı roluna görə "Oskar" mükafatı alıb. ( Azadlıq radiosu)

AzNews.az