Ekvadorda baş vermiş zəlzələ nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Ekvadorda baş vermiş zəlzələ nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Ekvadorda baş vermiş zəlzələ nəticəsində 5 nəfər öldü

Ekvadorda baş vermiş zəlzələ nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə hörə, yeraltı təkanlar zamanı paytaxt Kitonun ətrafında yerləşən daş karxanasında uçqun baş verib.

Karxanada işləyən fəhlələr uçqunun altında qalıb, onlardan 4-ü xilas etmək mümkün olmayıb. Həmçinin zəlzələ nəticəsində paytaxtın şimal bölgəsində bir uşaq həyatını itirib.

Qeyd edək ki, Ekvadorun paytaxtı Kitoda yarım saat ərzində 5,1 və 4,1 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentri Kito şəhərindən 12 km aralıda, ocağı isə 5-7 km dərinlikdə yerləşib.

AzNews.az