İstefaya çıxan Nuri əl-Malikini baş nazir vəzifəsində parlament sədrinin müavini Haider əl-Abadi əvəz edəcək. İstefaya çıxan Nuri əl-Malikini baş nazir vəzifəsində parlament sədrinin müavini Haider əl-Abadi əvəz edəcək.

İraqın baş naziri istefasını elan edib

İstefaya çıxan Nuri əl-Malikini baş nazir vəzifəsində parlament sədrinin müavini Haider əl-Abadi əvəz edəcək.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, baş nazirin istefası ölkədə yaranmış siyasi böhranın həllinə yönələn addımlardan biri kimi səciyyələndirilir.

8 il hakimiyyədə olan cənab Maliki son günlərdək istefaya çıxmaqdan imtina edib.

"Mən siyasi prosesi və yeni hökumətin formalaşdırılmasını asanlaşdırmaq məqsədilə öz namizədliyimi qardaş, doktor Haider əl-Abadinin xeyrinə geri çəkirəm", - Abadi və şiə əksəriyyətini təmsil edən siyasətçilərin əhatəsində dövlət televiziyası ilə çıxış edən Nuri əl-Maliki bildirib.

İraq hökuməti ölkənin şimalında hərbi uğur əldə edən islamçı döyüşçülərinə qarşı kəsərli addım ata bilməyib.

İslam Dövləti cihadçılarının hücumları humanitar və təhlükəsizlik böhranı yaradaraq təxminən 1.2 milyon adamın didərgin düşməsinə səbəb olub.

AzNews.az