Ukrayna hərbçiləri rusiyameyilli separatçıların silahlı qruplaşmasında döyüşən Avropa İttifaqına üzv ölkələrdən birinin vətəndaşını ələ keçirib. Ukrayna hərbçiləri rusiyameyilli separatçıların silahlı qruplaşmasında döyüşən Avropa İttifaqına üzv ölkələrdən birinin vətəndaşını ələ keçirib.

Separatçılar tərəfdə döyüşən Aİ-yə üzv ölkənin vətəndaşı ələ keçirildi - Ukrayna

Ukrayna hərbçiləri rusiyameyilli separatçıların silahlı qruplaşmasında döyüşən Avropa İttifaqına üzv ölkələrdən birinin vətəndaşını ələ keçirib.


AzNews.az-ın məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib ki, hökumət qüvvələrinin ötən gün Donetsk vilayəti İlovaysk şəhərində həyata keçirdiyi əməliyyat zamanı Avropa İttifaqına üzv olan Slovakiya vətəndaşı Miroslav Roxaç tutulub.
Ələ keçirilən slovak döyüşlərə muzdlu kimi yox, könüllü olaraq gəldiyini deyib.

Hüquq-mühafizə orqanları ehtimal edir ki, adıçəkilən şəxs Ukrayna ərazisində terror aktı törətmək üçün də təlimatlandırılıb.

O deyib ki, hazırda separatçıların tərkibində hökumət qüvvələrinə qarşı serblər də döyüşür.

Məhəmməd
AzNews.az