Luqanskda separatçıların atışma bölgəsindən uzaqlaşmaq istəyən dinc vətəndaşları atəşə tutması nəticəsində azı 15 nəfər həlak olub. Unian.net xəbər verir ki, bu haqda açıqlamanı mediaya Uktayna Silahlı Qüvvələrinin sözçüsü Andrey Lısenko verib. Luqanskda separatçıların atışma bölgəsindən uzaqlaşmaq istəyən dinc vətəndaşları atəşə tutması nəticəsində azı 15 nəfər həlak olub. Unian.net xəbər verir ki, bu haqda açıqlamanı mediaya Uktayna Silahlı Qüvvələrinin sözçüsü Andrey Lısenko verib.

Separatçılar dinc əhaliyə “Qrad”dan atəş açıb

Luqanskda separatçıların atışma bölgəsindən uzaqlaşmaq istəyən dinc vətəndaşları atəşə tutması nəticəsində azı 15 nəfər həlak olub. Unian.net xəbər verir ki, bu haqda açıqlamanı mediaya Uktayna Silahlı Qüvvələrinin sözçüsü Andrey Lısenko verib.



Lısenko bildirib ki, ötən gün Luqanskda keçirilən antiterror əməliyyatları uğurla davam edir. Şəhərin əhəmiyyətli hissəsi artıq təmizlənib. Ötən axşam saat 7-də şəhərdəki uşaq bağçalarından birinə sığınan terrorçular ətraf məhəllələrdə yaşayan və ərazini tərk etməyə cəhd göstərən dinc əhalini avtomatdan keçirib. Şəhərdən uzaqlaşmaq istəyənlərin maşın karvanına "Qrad" qurğusundan zərbələr endirilib. İnsanlar avtomobilləri ilə bərabər yanıb. Ölənlərin çoxu qadınlar və uşaqlardır. Meyitlərin çoxu tanınmaz haldadır.

Şahidlər bildirir ki, dinc əhali şəhəri tərk etmək istəyərkən maşınlarına ağ bayraq taxıb. Buna baxmayaraq, separatçılar dinc əhaliyə ağır artilleriya atəşləri ilə hücum edib.

Avqustun 19-da səhər saatlarında "Luqansk Xalq Respublikası" tərəfdarlarını yenidən Ukraynaya qarşı mübarizəyə çağırıb. "Röyter"in xəbərinə görə, separatçılar son damla qanlarına qədər vuruşacaqlarını və Ukraynaya təslim olmayacaqlarını bildirib. Separatçıların rəhbəri İqor Plotnitskinin imzası ilə yayılan açıqlamada qruplaşmanın qadınlar və uşaqların qətli ilə heç bir bağlılığı olmadığı bildirilir.

"Röyter" onu da xəbər verir ki, Rusiya humanitar yardım adı ilə Ukraynaya canlı qüvvə və silah-sursat keçirmək üçün davamlı cəhdlər edir.

Avqustun 18-dən 19-na keçən gecə Donetskdə də silahlar susmayıb. Separatçılar məktəbləri, bağçaları və digər inzibati binaları mərmilərdən atəşə tutub. Atışmalarda yaşayış binalarına da ciddi ziyan dəyib. Mənzillərə düşən qəlpələr 4 nəfərin ölümünə səbəb olub.

musavat.com