"İraq Şam İslam Dövləti" Roma papası Fransiskini hədəfə alıb. "İraq Şam İslam Dövləti" Roma papası Fransiskini hədəfə alıb.

“İŞİD“ Roma papasını öldürmək istəyir

"İraq Şam İslam Dövləti" Roma papası Fransiskini hədəfə alıb.


Anspress-in məlumatına görə, "İl Tempo" qəzeti İtaliya kəşfiyyat orqanlarındakı mənbəsinə istinadən xəbər verir ki, "İŞİD" papanı öldürməyi planlaşdırıb.

Qəzetin yazdığına görə, "İŞİD" tərəfindən saxta həqiqətləri yaymaqda günhlandırılan papa Fransiskə qarşı sui-qəsd planı hazırlanıb.
"Özünü "İslam Dövləti"nin xəlifəsi elan edən əl-Bağdadi Avropa və İtaliyada sui-qəsdlər həyata keçirərək vəziyyəti bir az da ağırlaşdırmaq istəyir. Son aylarda 50-dən artıq italiyalı gənc islam uğrunda döyüşmək üçün Suriya və İraqa gedərək "İŞİD"-ə qoşulub", deyə qəzet yazır.

Qeyd edək ki, Papa Fransisk "İŞİD"-ın hücumlarını qınamış və İraqda yaşayan xristianlara qarşı zorakılıq edildiyini bəyan etmişdi.

AzNews.az