İsrail və “HƏMAS” arasında bir aylıq atəşkəs barədə razılıq əldə olundu

Fələstin nümayəndə heyəti Qəzza zolağında bir aylıq atəşkəs rejiminin tətbiq olunmasına razılıq verib.

APA-nın "RBK"-ya istinadən verdiyi xəbərə görə, bir aylıq atəşkəs təklifi Misir vasitəçiləri tərəfindən irəli sürülüb.

Fələstin prezidenti Mahmud Abbasın atəşkəs barədə rəsmi elan edəcəyi gözlənilir.

"HƏMAS" atəşkəsin şərtlərini qəbul etməyə artıq hazır olduğunu bəyan edib. "Yeni atəşkəs rejiminin tətbiqi Fələstin xalqının sarsılmazlığının nəticəsi olacaq", deyə hərəkatın lideri İsmayıl Haniyə qeyd edib.

AzNews.az