Parisdə bina çökdü- 2 ölü, 12 yaralı

Fransanın paytaxtı Parisdə bina çöküb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Şahidlərin bildirdiyinə görə, əvvəlcə partlayış səsi gəlib və sonra 4 mərtəbəli bina çöküb.

Hadisə yerinə gələn Fövqəladə İşlər Komissarlığının işçiləri dağıntılar altında 9-u uşaq olmaqla 13 nəfərin qaldığını bildirib. Terror istisna edilmir

AzNews.az