Avropa Birliyi Rusiyaya 1 həftə vaxt verdi

Brüsseldə toplanan Avropa Birliyi (AB) ölkələrinin liderləri Rusiyaya Ukraynadan geri çəkilməsi üçün 1 həftə vaxt verib.

Qərar AB və ABŞ tərəfindən məmnuniyyətlə qarşılanıb. Əks halda liderlər Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Onu da bildirək ki, yeni sanksiyaların nədən ibarət olduğunu açıqlamayan liderlər AB-ə daxil olan ölkələrin hamısının bu qərarla razılaşdığını, yeni sanksiyaların daha böyük sferada tətbiq olunacağını qeyd edib.

AzNews.az