1 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir 1 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir

Yəməndəki ABŞ səfirliyi də yandırıldı - -FOTO - VİDEO

1 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir



Liviya və Misirdən sonra Yəməndəki ABŞ səfirliyi də hücuma məruz qalıb. AzNews.az-ın Newsru.com saytına istinadən verdiyi xəbərə görə, qəzəbli kütlə Səna şəhərində yerləşən səfirlik binasına soxulmağa cəhd edib.

ABŞ bayrağını cıraraq yandırıblar, səfirlik binasına od vurublar. Polis etirazçılara qarşı güc tətbiq etməyə məcbur olub. Polislə etirazçılar arasında yaranmış qarşıdurma zamanı 1 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir. Onlardan 3-nün polis, 11-nin hərbiçi, 16-nın isə etirazçı olduğu qeyd edilir. Polis 4 mindən çox etirazçını dağıtmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıb. Səfirlik binasında isə xeyli əməkdaşın qaldığı bildirilir.



Sadiq
AzNews.az
image description image description