- Köhnə - Dünya
- 27 Sentyabr 2014 10:37
- 5 268
İŞİD-i bombalayan qadın pilotun kimliyi bəlli oldu - VİDEO
Birləşmiş Ərəb Əmirliklərində İŞİD əməliyyatına qatılan F-16 qırıcısının qadın pilotu ailəsi tərəfindən rədd edildi.
AzNews.az xəbər verir ki, ABŞ-ın başçılığı ilə həyata keçirilən hava hücumlarına Birləşmiş Ərəb Əmrliklərindən qatılan 2 F-16 pilotundan biri olan qadın mayor Məryəm əl Mansurinin ailəsi tərəfindən rədd edildiyi iddia edildi.
Ölkəsinin ilk qadın döyüş pilotu olan Məryəmin ailəsinin verdiyi açıqlamada İŞİD-i bombalayaraq onlarla günahsız vətəndaşı öldürən gənc pilot qınanılıb. Ailə bu məsuliyyəti qəbul etməkdən boyun qaçırıb.
Qərarın bütün ailə üzvləri tərəfindən verildiyi deyilir. 35 yaşlı Məryəmin hərəkətlərinə görə ailə üzvləri qınanılmamasını tələb edib.
Qeyd edək ki, döyüş əməliyyatından sonra ictimai mediada fenomenə çevrilən və "Lady liberty" (Azad qadın) ləqəbi qazanan El Mansuriyə evlilik təklifləri də gəlib.
