İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni bir zamanlar aralarından "su keçməyən" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt bir şəkildə tənqid edib. İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni bir zamanlar aralarından "su keçməyən" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt bir şəkildə tənqid edib.

Berluskonu Ərdoğana "axmaq" dedi - Hicaba görə

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni bir zamanlar aralarından "su keçməyən" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt bir şəkildə tənqid edib.



AzNews.az xəbər verir ki, dünən axşam İtaliyanın paytaxtı Roma şəhərində baş tutan tədbirlərin birinə qatılan "Əbədi İtaliya" partiyasının lideri Silvio Berluskoni həmin tədbirdə iştirak edən bir türk səlahiyyətlisinin "Bu sərgidən Türkiyədə də keçiriləcək" sözünə "Yaxşı o zaman Ərdoğana məndən salam söyləyərsən" deyə cavabını verib.

Ərdoğanın dünyəvilikdən islamlaşmağa doğru qorxunc addımlar atdığını söyləyən Berluskoni əlavə edib: "Ərdoğan hakimiyyətə gələn kimi bir fərman imzaladı və o fərmana əsasən qızlar universitetlərə yalnız baş örtüyülə və makyajsız gələ bilər. Bu, çox axmaq bir hərəkətdir".

Qeyd edək ki, Berluskoni və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox yaxın dost olublar və hətta Berluskoni Ərdoğanın oğlu Bilal Ərdoğanın 2003-cü ildə İstanbulda keçirilən nikah mərasimində şahidlik qismində iştirak edib.


Nərmin Məmmədli
AzNews.az