- Köhnə - Dünya
- 2 Oktyabr 2014 08:02
- 4 574
İŞİD Kobaniyə yaxınlaşır – 150 min kürd Türkiyəyə qaçdı
Suriyanın Türkiyə ilə sərhəddəki Kobani şəhəri yaxınlığında “İslam Dövləti” (İD) yaraqlıları ilə kürd döyüşçüləri arasında qızğın döyüşlər gedir.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Suriya İnsan Hüquqları Observatoriyası bildirib.Xəbərdə deyilir ki, İD yaraqlıları Kobaniyə yaxınlaşır.
Bu məlumatlar oktyabrın 2-də yayılıb. Bir gün öncə ABŞ-ın başçılıq etdiyi qüvvələr Kobanini mühasirəyə almış İD yaraqlılarına azı 5 hava zərbəsi endiriblər. 150 mindən çox kürdün isə Türkiyəyə qaçdığı deyilir.
Observatoriya əlavə edib ki, İD yaraqlıları Kobani yaxınlığında üçü qadın olmaqla, 9 kürd döyüşçüsünü tutub və başını kəsib.
AzNews.az