“Rusiyada dövlət qulluqçuları və məmurlar üçün vahid geyim tətbiq edilməlidir”. “Rusiyada dövlət qulluqçuları və məmurlar üçün vahid geyim tətbiq edilməlidir”.

Rusiyada məmur və deputatlar vahid forma geyinəcək

“Rusiyada dövlət qulluqçuları və məmurlar üçün vahid geyim tətbiq edilməlidir”.



AzNews.az xəbər verir ki, bunu Rusiyanın Sankt-Peterburq vilayətinin parlament üzvü Vitali Milonov bildirib: "Bizim ölkəmizdə dövlət qulluqçuları üçün vahid forma geyinmə təcrübəsi 1917-ci ilə qədər mövcud olub. Hazırkı dövrdə bu ənənə bir sıra mülki idarələrdə qorunur. Lakin vahid standart mövcud deyil".

Milonovun sözlərinə görə, vahid geyim vətəndaşlara və məmurların özlərinə sonuncuların başlıca təyinatının xalqa xidmət olduğunu xatırladacaq.

Qanun layihəsi vətəndaşlarla işləyən dövlət qulluqçuları üçün hər gün mundir geyinmək, ictimai tədbirlərdə isə tam vahid geyim geyinmək məcburiyyətinin tətbiq edilməsini ehtimal edir.

Milonov qeyd edib ki, vahid geyimin regional və federal səviyyəli parlamentarilər üçün də tətbiq olunması təklif olunur.

Dövlət Dumasına bu təşəbbüsü nəzərdə tutan müraciət layihəsi tez bir zamanda Sankt-Peterburq Qanunvericilik məclisinin müzakirəsinə çıxarılacaq.

Aydan Axundova
AzNews.az