- Köhnə - Dünya
- 8 Oktyabr 2014 14:49
- 5 508
İŞİD Kobanidən geri çəkildi - VİDEO
“Hava zərbələrindən sonra İslam Dövləti (İD) döyüşçülərinin Suriyanın Kobani şəhərinə hücumu dayandırılıb”.
AzNews.az xəbər verir ki, Kobani şəhəri ətrafında toqquşmalar davam etdiyi halda, kürd qüvvələrinin İD döyüşçülərinə qarşı hücuma keçdiyi xəbər verilir.
Ötən gün ABŞ-ın rəhbərlik etdiyi koalisiya Kobani ətrafında İD mövqelərinə hava zərbələri endirib.
Məlumatlara görə, bu, koalisiyanın İD-ə qarşı keçirdiyi ən davamlı hava hücumu əməliyyatı olub.
Şəhəri müdafiə edən kürd döyüşçüləri qeyd ediblər ki, son hava zərbələri indiyədək həyata keçirlmiş hava hücumlarının ən səmərəlisi olub.
Koalisiyanın hava zərbələrinin nəticəsindən ruhlanan kürd döyüşçüləri İD qüvvələrinə qarşı hücuma keçiblər.
Suriyada BMT səfiri Staffan de Mistura beynəlxalq birliyi Kobani şəhərinin İD qüvvələrinin əlinə keçməsinə yol verməməyə çağırıb: "Kobani şəhərinin İD tərəfindən alınması qırğın və humanitar faciə ilə nəticələnəcək".
Qeyd edək ki, Kobani uğrunda döyüşlərdə ən azından 400 nəfər həlak olub, son bir neçə həftə ərzində bu ərazidən 160 000 suriyalı sərhədi keçərək Türkiyəyə gəlib.

