“İslam Dövləti” Türkiyəni Amerikaya dəstək olduğu üçün təhdid edib. “İslam Dövləti” Türkiyəni Amerikaya dəstək olduğu üçün təhdid edib.

İŞİD Türkiyəni təhdid etdi

“İslam Dövləti” Türkiyəni Amerikaya dəstək olduğu üçün təhdid edib.



AzNews.az xəbər verir ki, "İslam Dövləti" terror qrupu dünən ABŞ-ın Kobanidəki İŞİD terrorçularına qarşı havadan hücuma keçməsindən sonra Türkiyəni təhdid edib.

İŞİD terrorçuları təhdidlərini "İslam Dövləti" adlı Twitter səhifələrində ediblər: "Türkiyə bu savaşa girməsin. Əgər Türkiyə bu savaşa daxil olarsa, "İslam Dövləti"nin qarşısında zəfər çalacağını zənn etməsin. Türkiyədə bizim minlərlə tərəfdarlarımız var. Biz əgər onlara qarşı hücuma keçsək, Türkiyə bunun öhdəsindən gələ bilməyəcək".

Qeyd edək ki Türkiyə ABŞ-a öz dəstəyini sentyabr ayının 20-də 49 türk girovunun geri qaytarılmasından sonra vermişdi.


Nərmin Məmmədli
AzNews.az