- Köhnə - Dünya
- 9 Oktyabr 2014 12:07
- 3 611
ABŞ-da qaradərilinin öldürülməsi yenidən etirazlara səbəb oldu
ABŞ-ın St. Louis şəhərində vəzifə başında olmayan polisin qaradərili gənci öldürməsi qəzəbli nümayişlərə səbəb olub.
AzNews.az xəbər verir ki, təxminən 200 etirazçı nümayişə çıxıb.
Etirazçılar polisə qışqırıb, bəziləri iki polis maşınını yumruqlayıb və təpikləyib.
Qeyd olunan ölüm hadisəsi isə Missuri ştatının Ferqyuson şəhərinin yaxınlığında baş verib. Avqustun 9-da burada 18 yaşlı qaradərili gəncin öldürülməsi bir neçə həftə zorakı etirazlara səbəb olub.
St. Louis polisi bildirir ki, şübhəli təqib olunduqdan sonra polisə atəş açıb və cavab atəşi ilə öldürülüb.
Həmin zabit özəl təhlükəsizlik şirkəti üçün işləyib, lakin şəhər polisinin formasını geyinib.
Polis bir tapançanın tapıldığını bildirir. Həmin şəxsin qohumları isə onun silahsız vəziyyətdə öldürüldüyünü deyir.
AzNews.az