- Köhnə - Dünya
- 10 Oktyabr 2014 14:12
- 4 323
Şarl Aznavur virusa yoluxdu
Erməni mənşəli Fransa müğənnisi Şarl Aznavur virusa yoluxaraq xəstəxanaya yerləşdirilib.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı France-Presse agentliyi yayıb.
Xəbərdə deyilir ki, xəstəxanada müğənninin hansı virusa tutulduğu haqda mlumat verilmir.
Xəstəlik ucbatından 90 yaşlı müğənninin İsveçrənin Cenevrə şəhərində keçiriləcək konserti ləğv edilib.
Aznavur sentyabr ayında ABŞ-da 3, Rusiyada isə 1 konsert verib.
Onun növbəti konserti isə Belçikanın Antverpen şəhərində keçirilməli idi.
Xatırladaq ki, Şarl Aznavur Fransada yaşamağına baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarına gəlir, açılışlarda iştirak edir və bura sərmaye qoyur.
AzNews.az