- Köhnə - Dünya
- 11 Oktyabr 2014 08:57
- 3 544
“Əsəd rejimi İŞİD kimi təhlükəlidir” - VİDEO
Fransanın paytaxtı Parisdə rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin xarici işlər naziri Laurent Fabiusla görüş keçirib.
AzNews.az xəbər verir ki, görüşdə Türkiyə və Fransa arasında strateji əməkdaşlıq barədə razılıq əldə olunub.
Jurnalistlər üçün açıqlama verən türkiyəli nazir regionda terrorun əsas qaynağının Əsəd rejimi olduğunu bildirib:
"Əsəd 200 mindən çox insanı kimyəvi silahdan istifadə edərək qətlə yetirib, Əsəd rejimi də ən azı İŞİD qədər təhlükəlidir."
Fransalı nazir də öz növbəsində regionda baş verənlərə münasibət bildirib:
"Regionda faciəvi anlar yaşanmaqdadır, olanlara susmaq mümkün deyil. Türkiyə və Fransa İŞİD və Əsəd rejiminə qarşı sərgilədiyi mövqe eynidir".
Xəyal Əzizov
AzNews.az