Ontake vulkanı dəhşət yaşatdı - 56 ölü

Yaponiyada Ontake vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 56-ya çatıb.

AzNews.az məlumat verir ki, xilasedicilər bu gün dağın ətəyində bir meyit aşkarlayıblar. Bundan başqa, daha bir insan cəsədinin qalıqları aşkarlanıb. Onun kimliyinin müəyyən olunması məqsədilə DNT ekspertizası təyin edilib. Məlumata görə, 7 nəfər itkin düşmüş hesab olunur.
Bu xəbəri APA "RİA Novosti"yə istinadən yayıb.
Xatırladaq ki, Ontake vulkanı sentyabrın 27-də püskürüb. Təbii fəlakət qurbanlarının əksəriyyətinin ölümünə səbəb vulkanının püskürməsi nəticəsində səpələnən daşların yaratdığı çoxsaylı xəsarətlər olub.

AzNews.az