- Köhnə - Dünya
- 13 Oktyabr 2014 13:16
- 4 270
3 alman jurnalisti azad edildi – Türkiyədə
Türkiyənin cənub-şərqində nümayişləri işıqlandırarkən saxlanılan üç alman fotojurnalist bazar ertəsi azad ediliblər. Onların deportasiyası məsələsi daha sonra həll olunacaq.
AzNews.az xəbər verir ki, bu barədə müxbirlərdən biri Kristian Qrodotski Twitter hesabında məlumat verib: "30 saatlıq həbsdən sonra bizi azad etdilər. Prokuror bu gün bizim deportasiyamız barədə məsələni həll edəcək".
Xatırladaq ki, Qrodotski və onun iki iş yoldaşı - Byorn Kitsman və Martin Noyqebauer şənbə günü Diyarbəkir şəhərində saxlanılıb. Burada onlar kürd əhalisinin etiraz aksiyalarını çəkiblər. Jurnalistlər kəşfiyyat və təxribatda günahlandırılıblar.
Aydan Axundova
AzNews.az