- Köhnə - Dünya
- 14 Oktyabr 2014 13:03
- 3 147
Krım əhalisi siyahıya alınır
Bu ilin mart ayında rəsmi Kreml tərəfindən “ələ keçirilən” Krımda əhalinin siyahıya alınmasına başlanılıb.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Krım Statistika İdarəsinin rəsmisi Yelena Tviroviç yayıb.
Jurnalistlərə açıqlama verən Yelena Tviroviç deyib ki, sakinlərə 33 sualdan ibarət anket veriləcək. Anketdə ünvan, yaşayış evinin tipi, ailə statusu, gəlir və etnik mənsubiyyətə dair suallar yer alıb.
Oktyabr ayının 14-də başlayan bu prosesin ayın 25-də bitəcəyi deyilir.
Qeyd edək ki, 2001-ci ildə keçirilmiş siyahıyaalmaya görə, Krımın əhalisi 2.34 milyon olub. Əhalinin 60 faizdən çoxu özünü rus, 24 faizi ukraynalı, 12.4 faizi tatar kimi göstərib.