- Köhnə - Dünya
- 16 Oktyabr 2014 13:48
- 5 226
Putin Qərbə məsləhət verdi – “Onların cəhdləri ağılsızdır”
"Ukrayna böhranı ilə əlaqədar Qərbin Rusiyaya təzyiq göstərmək cəhdləri böhranın çözülməsinə müsbət təsir göstərmir".
AzNews.az BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Belqrada səfəri ərəfəsində Serbiyanın "Politika" qəzetinə müsahibə verən Vladimir Putin deyib: "Partnyorlarımız anlamalıdırlar kı, Rusiyaya təzyiq göstərməklə onlar məsələnin həllini yaxınlaşdırmırlar, əksinə dialoqu çətinləşdirirlər. Ümid edirik ki, partnyorlarımız Rusiyanı şantaj etmək cəhdlərinin nə dərəcədə ağılsız olduğunu, aparıcı nüvə dövlətləri arasında nifaqın nə dərəcədə təhlükəli olduğunu anlayacaqlar".
Eyni zamanda V.Putin Qərb partnyorları ilə konstruktiv əməkdaşlığa hazır olduğunu da qeyd edib.
Ukraynadakı vəziyyətə toxunan Rusiya prezidenti böhranının həlli üçün bütün siyasi qüvvələrin iştirakı ilə ölkədaxili dialoqun təmin edilməsini vacib sayıb.