- Köhnə - Dünya
- 20 Oktyabr 2014 20:30
- 3 812
İŞİD Kobanidə 2 partlayış törətdi
Terror təşkilatı olan İŞİD Suriyanın Kobani şəhərində 2 nəqliyyat vasitəsini partladıb.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.
Xəbərdə deyilir ki, İŞİD və kürdlər arasındakı qarşıdurmalar, axşam saatlarında mahalın şərq istiqamətində gərgin anlar yaşadıb. Kürdlərin İŞİD-in sursat anbarına etdiyi hücumdan sonra İŞİD 2 nəqliyyat vasitəsini partladıb. Partlayışdan sonra yüksələn alov Suriya sərhədindəki Suruç rayonunda da görsənib.
Bu vaxt İŞİD və kürdlər bir-birlərinə çox yaxın məsafədən atəş açıblar.
ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinə aid döyüş təyyarələri də gün ərzində İŞİD hədəflərini bombalayıb.
AzNews.az