ABŞ-ın “Microsoft” şirkətinin əsasını qoyanlardan biri Pol Allen Ebola virusuna qarşı mübarizə aparmaq üçün 100 milyon dollar pul verib. ABŞ-ın “Microsoft” şirkətinin əsasını qoyanlardan biri Pol Allen Ebola virusuna qarşı mübarizə aparmaq üçün 100 milyon dollar pul verib.

“Microsoft” Ebolaya görə 100 milyon dollar ayırdı

ABŞ-ın “Microsoft” şirkətinin əsasını qoyanlardan biri Pol Allen Ebola virusuna qarşı mübarizə aparmaq üçün 100 milyon dollar pul verib.



AzNews.az xəbər verir ki, bu haqda məlumat milyarderin saytında yayılıb.

Nəzərdə tutulan məbləğin Allen Xeyriyyə Fondu tərəfindən ayrılacağı deyilir.

Pol Allen dünya ictimaiyyətini bəşəriyyətin ən təhlükəli virusuna qarşı mübarizəyə çağırıb: "Hamımızın bir yerdə Ebolaya son qoymağımızın məqamı gəlib".

Qeyd edək ki, Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Çukerberq öz həyat yoldaşı ilə birgə Ebolaya görə 25 milyon dollar ayırmışdı.