Braziliyada həftəsonu reallaşan prezident seçkilərinin ikinci turunda hazırkı ölkə başçısı Dilma Rousseff yenidən prezident seçilib. Braziliyada həftəsonu reallaşan prezident seçkilərinin ikinci turunda hazırkı ölkə başçısı Dilma Rousseff yenidən prezident seçilib.

Dilma Rousseff yenidən Braziliyanın prezidenti seçildi - VİDEO

Braziliyada həftəsonu reallaşan prezident seçkilərinin ikinci turunda hazırkı ölkə başçısı Dilma Rousseff yenidən prezident seçilib.



AzNews.az xəbər verir ki, Dilma Rousseff 51,64 %, onun rəqibi Aecio Neves isə 48,36 % səs toplayıb.

Qeyd edək ki, İşçi Partiyasının namizədi artıq 4-cü dəfədir ki, ölkə prezidenti vəzifəsinə yüksəlir.

Qələbədən sonra açıqlama verən Rousseff deyib ki, o, iqtisadiyyatın sürətli inkişafına yardım edəcək, işsizliyi azaldacaq və inflyasiyaya qarşı mübarizə aparacaq.

Müxalifət partiyasının namizədi Neves isə ona dəstək olan seçicilərə minnətdarlığını bildirib.

Braziliyanın Minas Gerais əyalətində Bolqar immiqrantının ailəsində dünyaya gələn Dilma Rousseff gənclik illərində sol təşkilatlara üzv olub. İqtidara qarşı silahlı mübarizə aparan partizan qruplarına qatılıb, 1970-ci ildə hərbi rejim tərəfindən həbsə atılıb və 3 il müddətində işgəncə ilə üzləşib.

Hərbi rejimin sona çatmasından sonra siyasətə atılan Rousseff yeni qurulan bir partiyada vəzifə alıb. 2000-ci ildə Braziliyanın məşhur liderlərindən Lula da Silvayla tanış olub və bu tarixdən etibarən İşçi Partiyasına daxil olaraq Lulanın idarə heyətinə daxil edilib. 2010-ci ildə prezident seçilən Rousseff ilk iqtidar dövründə Lulanın başlatdığı ictimai inkişaf layihələrini davam etdirib.



AzNews.az