- Köhnə - Dünya
- 28 Oktyabr 2014 14:48
- 8 240
Klounlar həbs edildi
Fransa polisi xuliqanlıqla məşğul olan 14 yeniyetmədən ibarət cinayətkar qrupu zərərsizləşdirib.
AzNews.az xəbər verir ki, cinayətkar yeniyetmələr etdikləri əməlləri kloun masqası geyinərək həyata keçirib. Onlar silah, bıçaq, deşici və kəsici vasitələrlə silahlanaraq yerli sakinlərə hücum edib, onların üzərlərində olan qiymətli əşyaları talan edib.
Qeyd edək ki, artıq bir neçə gün idi ki, Fransa polisi bu şəxslərin axtarışı ilə məşğul idi.
Xəyal Əzizov
AzNews.az