- Köhnə - Dünya
- 29 Oktyabr 2014 20:32
- 3 128
Fil 7 nəfəri öldürdü
Malavi Respublikasının Niambi kəndində iki fil 8 yaşlı uşaq və 75 yaşlı qocada olmaqla 7 nəfəri ölümcül tapdalayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fillər kəndə Livonde təbiət parkını yaşayış məskənindən ayıran tikanlı məftillərdən olan hasarının sökülməsi səbəbindən giriblər. Filləri geri yalnız polislərin müdaxiləsindən sonra qaytarmaq mümkün olub.Malavi Respublikası Afrikanın ən kasıb ölkələrindən biridir. Alimlərin iddiasına görə, fillər insanlara yalnız özləri və ailələri üçün təhlükə hiss edəndə hücum edirlər. Afrikada və Asiyada ildə fillərin hücumundan 500-ə qədər adam ölür.