Rusiya dövlət başçısı Vladimir Putin bu gün Ankaraya gəlib. Rusiya dövlət başçısı Vladimir Putin bu gün Ankaraya gəlib.

Putini Ankara hava limanında nazir qarşıladı - VİDEO

Rusiya dövlət başçısı Vladimir Putin bu gün Ankaraya gəlib.



AzNews.az xəbər verir ki, Esenboğa hava limanında onu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Taner Yıldız qarşılayıb.

İki ölkənin 2010-ci ildə açıqladığı 100 milyard dollarlıq ticarət dövriyyəsinin 2020-ci ildə reallaşması üçün Türkiyəyə gələn Putinlə prezident Rəcəb Tayyib Ərdoğan görüşdə gündəmin ən əhəmiyyətli mövzusu olan enerji məsələlərini də müzakirə edəcək.

Putinin ilk ziyarət edəcəyi yer Anıtqəbir olacaq.

Türkiyə Roma papasından bir gün sonra Rusiya prezidentini qarşılayır.

9 nazirlə Ankaraya gələn Putinin səfəri zamanı daha çox iqtisadi məsələlərin gündəmdə olacağı gözlənilir.