Stadiona 45 azarkeş gəldi

Futbol üzrə Ukrayna Premyer Liqasında antirekord qeydə alınıb.



AzNews.az xəbər verir ki, 14-cü tur çərçivəsində baş tutan "Volın" – "İliçevets" (3-1) matçına baxmaq üçün 45 azarkeş gəlib.

Bu haqda məlumat Premyer Liqanın saytında yayılıb.

Həmin oyun noyabr ayının 30-da Dnepropetrovsk şəhərinin "Meteor" stadionunda baş tutub.

Qeyd edək ki, "Volın" turnir cədvəlində 5-ci, "İliçevets" isə 14-cü yerdə qərarlaşıb.


AzNews.az