İraq hərbçiləri Səddam Hüseynə məxsus kimyəvi silah anbarını “İslam Dövləti”ndən geri alıb. İraq hərbçiləri Səddam Hüseynə məxsus kimyəvi silah anbarını “İslam Dövləti”ndən geri alıb.

“İD” Səddam Hüseynin kimyəvi silah anbarına nəzarəti itirdi

İraq hərbçiləri Səddam Hüseynə məxsus kimyəvi silah anbarını “İslam Dövləti”ndən geri alıb.



AzNews.az xəbər verir ki, bunu İraq xarici işlər nazirinin müavini Məhəmməd Cavad əl-Durki deyib.

"İD" silahlıları bu əraziləri iyun ayından tutublar. Lakin onlar iki bunkeri aça bilməyiblər. Bu bunkerlərdə isə kimyəvi silahlarla yanaşı raket və hərbi təchizatlar da olub", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Bağdaddan 70 km məsafədə, "Al-Mutanna" zavodunda yerləşən anbar kimyəvi silahın ləğvi üzrə plana uyğun olaraq tikilib.

On milyonlarla dollara başa gələn tikintinin maliyyəçisi ABŞ olub.

Hərbi mühəndislər hazırda bunkerin yerləşdiyi yerin minalardan təmizlənməsi üçün iş aparır.

Aydan Axundova
AzNews.az