Anadolu agentliyinin baş direktoru istefa verdi

Türkiyənin Anadolu agentliyinin baş direktoru istefa verib.



AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, agentliyin baş direktoru Kamal Öztürk vəzifəsindən ayrılıb.

Kamal Öztürkün istefası rəsmən təsdiq olunub. Mediaya verilən açıqlamada agentliyin son vaxtlar gördüyü işlər barədə məlumat verilib.

Kamal Öztürk bir zamanlar Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçla birlikdə işləyib və bu da onun Anadolu Agentliyinə baş direktor təyin olunması ilə nəticələnib.

Öztürk bir müddət baş nazir Rəcəb Tayyib Ərdoğanın mətbuat müşaviri vəzifəsini də icra edib.



Gültəkin
AzNews.az