Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını qaz ixracı əleyhinə çıxmaqda təqsirləndirərək “Cənub axını” layihəsindən imtina etdiyini deyib. Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını qaz ixracı əleyhinə çıxmaqda təqsirləndirərək “Cənub axını” layihəsindən imtina etdiyini deyib.

Rusiya Qərbi cəzalandırdı

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını qaz ixracı əleyhinə çıxmaqda təqsirləndirərək “Cənub axını” layihəsindən imtina etdiyini deyib.



"Hesab edirik, indiyədək Bolqarıstanın razılığını almadığımız üçün, Rusiya belə bir şəraitdə layihənin gerşəkləşdirilməsini davam edə bilməz", - deyə Vladimir Putin bəyan edib.

AzNews.az xəbər verir ki, Rusiyanın Qazprom" şirkətinin rəhbəri, Aleksey Miller də jurnalistlərin suallarını cavablandırarkən "Layihə artıq bağlıdır" sözlərini deyib.

"Cənub axını" kəmərinin inşası üzrə 2013-cü ildə başlayan işlər iyun ayında layihənin rəqabət qaydalarına zidd olması ilə bağlı Avropa Komissiyasının müdaxiləsindən sonra dayandırılıb.




O vaxtlar Rusiya rəsmiləri bəyan edirdilər ki, Bolqarıstanda "Cənub axını" qaz kəmərinin tikintisinin dayandırılması faktiki olaraq Moskvaya qarşı iqtisadi sanksiyaların yeridilməsi deməkdir.

Qeyd edək ki, Avropa qaz təchizatının 30 faizi Rusiyanın payına düşür.


AzNews.az