“Rusiyanın düşən rublu Putinə siyasi problem yarada bilər”. “Rusiyanın düşən rublu Putinə siyasi problem yarada bilər”.

“Rublun düşməyi siyasi problemdir”

“Rusiyanın düşən rublu Putinə siyasi problem yarada bilər”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Wall Street Journal" qəzeti yazıb.

Qəzetin fikrincə, Putin hakimiyyətə gələndən rubl hələ belə düşməyib.

Hazırda Rusiya banklarının xaricə 192 milyard dollar borcu var. Bu da ÜDM-un 10 faizidir. Rubl düşdükcə, bu borcun fazini ödəmək bahalı olur. Rublun düşməyi xaricə kapital axınını gücləndirir. Hazırda bu, ildə 110 milyard dollardır. Rusiya xaricdən gələn mallara daha baha qiymət ödəməli olur ki, bu da daxildə bahalaşma yaradır. Bahalaşma Putinə siyasi problemdir.

Qəzet hesab edir ki, Putin iqtisadiyyatda bu geriləmələri "hərbi məcara" ilə kompensasiya etməyə çalışa bilər. Ancaq rublun düşməyi Putinin hakimiyyətinin müsbət tərəfləri haqda bir çox mifləri dağıdır. Bu məqamı Qərb və Rusiya demokratları əldən buraxmamalıdır.