Davutoğlu: “İran Suriyada qan tökülməsini dayandırmağa səy göstərməlidir”

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu BMT-də Suriya məsələsi ilə bağlı açıqlama verib. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu bildirib ki, İran Suriyada böhran və qan tökülməsinin qarşısını almaq üçün öz təsir vasitələrindən istifadə etməlidir.

Davutoğlu həmçinin region ölkələri – Türkiyə, İran və Misirin məsələ ilə bağlı üçtərəfli görüşlərini vacib hesab edib.

İran prezidenti Mahmud Əhmədinejat da Türkiyə XİN rəhbərinin fikirləri ilə eynilik təşkil edən mövqe nümayiş etdirib. O, bildirib ki, İran Suriya probleminin sülh yolu ilə həllində maraqlıdır və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək.

Sadiq Musa
AzNews.az