- Köhnə - Dünya
- 3 Fevral 2015 13:16
- 3 004
50 min erməni Rusiya ərazisinə girə bilməyəcək
Ermənistanın 50 min əhalisi rəsmi Moskva tərəfindən qara siyahıya salınıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumatda deyilir ki, qara siyahıya salınanların heç biri Rusiya ərazisinə buraxılmacaq.
Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan deyib ki, hər gün Xidmətə Rusiyaya işləməyə getmək üçün 40-50 nəfər müraciət edir: "Onların da 23 faizinə müsbət cavab verilir. Unutmaq lazım deyil ki, Avrasiya İqtisadi Birliyinin bu problemin həll edilməsində heç bir rolu yoxdur. Əlbəttə, bu Birlik gələcəkdə qarşılıqlı iqtisadi əməkdaşlığa xidmət edəcək. Qanunu pozan vətəndaşlara isə heç bir güzəşt edilməyəcək. Ancaq belə insanlar təkid edirlər ki, onlara amnistiya tətbiq edilsin. Bunun üçün tez-tez Xidmətin binası önündə aksiya keçirirlər".