- Köhnə - Dünya
- 5 Fevral 2015 11:15
- 3 683
“Gülənin pencəyi belə yoxdur” – Əhməd Davudoğlu
Türkiyənin Baş naziri Əhməd Davudoğlu canlı yayımda ABŞ-da yaşayan Fətullah Gülən haqda önəmli açıqlamalar verib.
O, "Kanal 7"nin efirində deyib ki, Gülənin məqsədi Türkiyədə xaos yaratmaqdır.AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "milliyet" saytı yayıb.
"Gülənin pasportunun ləğv edilməsi ilə bağlı qanundan kənara heç vaxt çıxılmayıb və heç vaxt da və çıxılmayacaq. Türkiyə çox ağrılı bir proses yaşayır. O, dini bir camaatın lideri olsa da pencəyi belə yoxdur. Bu insan "New York Times"a niyə bizim haqda pis yazı yazır. O, bu hökumətdən yaxşılıqdan başqa nə gördü? Həqiqətən bunu içimdə hiss edərək deyirəm ki, bu şəxsə inanan və uzun illərini ona verən insanlar adından deyirəm ki, hər dəfə Allahın adını çəkən insan belə bir yazı yazmaz. Onun yazdığı yazının mahiyyətinə baxaq: Kürd, türk, ələvi, sünni, qeyri-müsəlman hər kəs Türkiyədə təzyiq altındadır. Onun məqsədi odur ki, Türkiyədə bir xaos çıxsın və xaricdəki etibarımız zədələnsin. Gülən niyə türk millətindən dəstək almır, gedib xaricdən dəstək alır. Allah belələrini zəlil edəcək", - deyə Davudoğlu bildirib.