Ermənistanda “sığınacaq” alan Orucovlar ailəsi bu ölkəni tərk edib. Ermənistanda “sığınacaq” alan Orucovlar ailəsi bu ölkəni tərk edib.

Azərbaycanlı ailə Ermənistandan qovuldu

Ermənistanda “sığınacaq” alan Orucovlar ailəsi bu ölkəni tərk edib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bu faktı təsdiq edərək bildirib ki, onlar ötən il dekabrın əvvəlində Ermənistandan gediblər.

Ancaq Orucovlar ailəsinin hansı ölkəyə getdikləri haqda xəbər verilmir.

Qeyd edək ki, 2014-cü ilin 29 yanvarında 1976-cı il təvəllüdlü Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə birgə Gürcüstan sərhədinə gələrək Ermənistandan "sığınacaq" istəyib.