- Köhnə - Dünya
- 10 Fevral 2015 08:33
- 6 634
Mobil telefon gənc qadını öldürdü
Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda mobil telefon bir qadının həyatına son qoyub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.
Faciəli hadisə "Naqatinskaya naberejnaya" küçəsində yerləşən 48 saylı evdə baş verib.
Evin gənc sahibəsi vannada çimərkən mobil telefon suya düşüb və elektrik cərəyanı onu öldürüb.
Moskvanın hüquq-mühafizə orqanları bu faktı təsdiq edib: "Suya düşən telefon həmin vaxt elektrik cərəyanı yığırmış. Qadının ölümünə də məhz bu səbəb olub".
Hazırda faktla bağlı araşdırma aparılır.