Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “Abşeron” kafesində dünən gecə dava düşüb. Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “Abşeron” kafesində dünən gecə dava düşüb.

Moskvada “Abşeron” kafesində atışma – 1 ölü, 2 yaralı

Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “Abşeron” kafesində dünən gecə dava düşüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Baş verən dava sonradan atışma ilə nəticələnib. 3 müştərinin yaralanaraq təcili xəstəxanaya aparıldığı deyilir.

Bu səhər isə verilən məlumata görə, yaralılardan biri dünyasını dəyişib.


Hadisə Moskvanın şərqində, Parkovkaya küçəsi, 15 ünvanında qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insidentlə bağlı apaşdırma aparır, atəş açanların axtarışına başlanılıb.

Hadisənin təfərrüatı haqda geniş bilgi verilmir.