- Köhnə - Dünya
- 11 Fevral 2015 08:47
- 5 606
Obama Putinə zəng etdi - VİDEO
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.
Ağ Evin təşəbbüsü ilə reallaşan telefon zəngində liderlər Ukraynadakı hazırkı durum haqda danışıblar.
Tərəflər münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd ediblər.
Xatırladaq ki, bu gün Belarusun paytaxtı Minsk şəhərində Ukraynadakı vəziyyət "normand formatı"nda ciddi müzakirə ediləcək.
Putin telefonla Ağ Evin sahibinə bu görüşdən gözləntilərinin böyük olduğunu vurğulayıb.